ADNA Tələbə Həmkarlar İttifaqı üzvləri QUTechnoparkın qonağı oldular

ADNA Tələbə Həmkarlar İttifaqı üzvləri QUTechnoparkın qonağı oldular

  Mart ayının 13-də Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Həmkarlar İttifaqı üzvləri QUTechnoparkın qonağı oldular. Qonaqlar arasında texnika elmlər namizədi Zəfər Qurbanov da var idi. ADNA nümayəndələrinə QUTechnopark heyəti tərəfindən keçirilən innovativ sahibkarlıq yönümlü tədbir, seminar, görüş və müsabiqələr, startupçı tələbələrə, onların layihələrinin gələcəkdə biznesə çevrilməsi üçün verilən dəstək, QUTechnopark könüllülərinin fəaliyyətindən bəhs edildi. Eyni zamanda qonaqlar rezidentlər və onların fəaliyyəti ilə də tanış oldu. Bundan əlavə, QUTechnopark könüllüsü Eltac Alrzalı  Qafqaz Universiteti tələbəsi Eyyub Hüseynzadənin Kitab dünyası startupı barədə, QUTechnopark könüllüsü Mina Abbasova isə Qafqaz Universiteti tələbəsi Murad Həsənzadə tərəfindən qurulmuş Weby şirkəti haqda məlumat verdi. Qonaqlar fəaliyyətləri yüksək qiymətləndirərək QUTechnopark və Happy Farm tərəfindən ortaq layihə olaraq keçiriləcək olan Startup day tədbirində iştirak üçün artıq qeydiyyatdan keçdiklərini bildirdilər.

Әsmər Həşimli