Şef Mübariz QUTechnopark-da seminar verəcək

Şef Mübariz QUTechnopark-da seminar verəcək

QUTechnoparkın təşkilatçılığı ilə fevral ayının 21-də müxtəlif sahələrin inkişafına həsr olunmuş növbəti görüş keçiriləcək. Bu dəfəki qonağımız MADO-nun baş aşçısı, "Möcüzə ləzzətlər" verilişinin teleaparıcısı, "Dünya Aşpazlar Cəmiyyəti"nin jüri üzvü Mübariz Vəliyevdir. Şef Mübariz "Ustad sənətkar", "Qızıl əllər" mükafatları, "Sərhəd tanımayan şef" dərəcəsi və Azərbaycanda qida sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Bayrağı Ali Diplomuna layiq görülmüş ekspertdir. Mübariz bəy seminarda sağlam nəsil üçün sağlam qidalanmanın zərurəti, düzgün qidalanmamağın səbəb və nəticələri, özümüzü gözləməli olduğumuz ərzaqlar, israfçılıq və yardım kimi olduqca aktual olan mövzulardan bəhs edəcək. Qeyd edək ki, seminar MADO ilə QUTechnopark-ın ortaq layihəsi çərçivəsində keçirilən seminarlara iştirak etmək istəyən hər kəs dəvətlidir.