YFM 2015 iştirakçıları üçün xüsusi təşkil olunmuş seminar

YFM 2015 iştirakçıları üçün xüsusi təşkil olunmuş seminar

QU Texnopark Yeni Fikir Müsabiqəsi iştirakçılarına sahibkarlıq konsepsiyası haqda daha ətraflı məlumat, həmçinin motivasiya vermək və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmək üçün yeni tədbirlərin icrasına start verib. Belə ki, onları 13-15 fevral 2015-ci il tarixlərində ‪QU Texnoparkın dəstəyi ilə müxtəlif görüşlər gözləyir. YFM 2015 iştirakçıları ilə ilk görüş fevral ayının 13-də keçiriləcək. 2014-cü ildə Türkiyənin ən yaxşı girişimcisi seçilmiş Berke Sarpaş Yeni Fikir 2015 Müsabiqəsi iştirakçılarının görüşünə gəlir. Qeyd edək ki, yalnız YFM 2015 iştirakçıları üçün nəzərdə tutulmuş bu görüş haqqında ətraflı informasiya onlara göndəriləcək. 15 Fevral 2015-ci il tarixində nəzərdə tutulmuş, "Girişimçilik, innovasiya, e-ticarət" adlı seminar proqrama isə qeydiyyat davam edir. YFM 2015 iştirakçılarına 20 % güzəşt edilən bu seminar üçün nəzərdə tutulmuş biletlərin böyük əksəriyyəti artıq satılıb. Seminar haqqında ətraflı məlumat üçün: http://qutechnopark.az/az/pages/innovasiya-seminarlari-32.html. Seminar proqramı isə girişimçilikdə dəyərlər və keyfiyyətlər, iş fikrinin müəyyənləşdirilməsi, girişimçilikdə kommunikasiyaların idarə olunması, digital iqtisadiyyat, e-ticarət, Mavi Okean Strategiyası və yalın girişimçilik modeli mövzularını əhatə edir.