Türkiyənin ən yaxşı gənc girişimcisi seçilmiş Berke Sarpaş Bakıda

Türkiyənin ən yaxşı gənc girişimcisi seçilmiş Berke Sarpaş Bakıda

     Fevral ayının 15-də QU Texnoparkın təşkilatçılığı ilə Qafqaz Universitetində 2014-cü ildə Türkiyənin ən yaxşı gənc girişimcisi seçilmiş Berke Sarpaşın təqdimatında seminar keçiriləcək. Seminar proqramı - girişimçilikdə dəyərlər və keyfiyyətlər, iş fikrinin müəyyənləşdirilməsi, girişimçilikdə kommunikasiyaların idarə olunması, dijital iqtisadiyyat, e-ticarət, Mavi Okean Strategiyası və yalın girişimcilik modeli mövzularını əhatə edir. Seminarın proqramı haqqında ətarflı informasiya http://qutechnopark.az/az/pages/innovasiya-seminarlari-32.html ünvanında verilmişdir.

   Seminar iştirakçılarına sertifikat veriləcək. Berke Sarpaş Türkiyənin ilk e-ticarət akademiyası olan Coproline  şirkətini qurmuşdur. O, öz qurmuş olduğu Organic Moods şirkəti vasitəsilə uzaq şərqə, xüsusilə  Hong-Konga, Türkiyədə istehsal olunan quru meyvələrin 7 ilə yaxındır ki, satışını həyata keçirməkdədir. 2011-ci ildə ilk dəfə Türkiyədə keçirilən  Dijital İqtisadiyyat  və E-Ticarət Zirvəsinin ideya və layihə rəhbəri olmuşdur. Sarpaş fərdi insanlara və şirkətlərə xarici bazarda müştəri tapma, sosial media və internet reklamcılığı, marka yaratma, CRM, e-ticarət, e-marketinq mövzularında konsultasiya və təlim verməkdədir. Google Türkiyə, Google Regional və T.C Ekonomi Bakanlığının rəsmi akreditasiya olunmuş təlimçisi, Digital Age jurnalının köşə yazarı olan Berke Sarpaş, bundan əlavə, 2013-cü ildə də Sarpaş danışmanlık və Girişim Savaşçısı şirkətini qurmuşdur.
 
    Berke Sarpaşın ən böyük uğurlarından biri isə OTDU  Kristal Ağaç mükafatlandırılmasında Türkiyənin  2014-cü ilin ən yaxşı gənc girişimcisi mükafatına layiq görülməsidir.

Asmar Hashimli