Berke Sarpaş YFM 2015 iştirakçıları ilə görüşdü

Berke Sarpaş YFM 2015 iştirakçıları ilə görüşdü

Söz verdiyimiz kimi Fevral ayının 13-də Türkiyənin ən yaxşı girişimcisi seçilmiş Berke Sarpaş Yeni Fikir 2015 Müsabiqəsi iştirakçılarının görüşünə gəldi. Qonağımız ilk öncə QUTechnoparkda tələbələr, onların layihələrinin inkişafı üçün yaradılmış şəraitlə tanış oldu və burada gənclər üçün yaradılmış imkanları çox bəyəndiyini vurğuladı. Azərbaycanı və azərbaycanlıları çox sevdiyini qeyd edən Berke bəy tələbələrə olduqca mehriban bir atmosferdə öz təcrübələrindən bəhs etdi. Sahibkarlıq, İnnovasiya, E-Ticarət mövzularına həsr olunmuş təlimdə Berke bəy  bir girişimcinin sahib olmalı olduğu xüsusiyyətlər, üzləşdiyi çətinliklər, stereotiplər, mübarizənin gücü, səbrin önəmi məsələlərindən danışdı. Seminar əsnasında Berke bəy tələbələrin mövzu ilə əlaqədar yaranan suallarını da cavabladı.