28 Fevralda QUTechnopark-da növbəti seminarı keçirəcək.

28 Fevralda QUTechnopark-da növbəti seminarı keçirəcək.

Fevral ayının 28-də QU Texnopark "Təşəbbüskarlıq Seminarları" Layihəsi əsasında növbəti seminarı keçirəcək. Bu dəfə  öz sahəsində professional yanaşmaları ilə seçilən daha bir dəyərli təlimçi seminar verəcək. Belə ki, İqtisadi idarəetmə üzrə mütəxəssis, biznesin müxtəlif sahələri üzrə təlimçi və məsləhətçisi Ənvər Yavəroğlunun təqdimatında "Uğurlu biznes" mövzusunda seminar baş tutacaq. Seminar təmsilçi etiketi, insan tanıma sənəti, ünsiyyət etikası və biznes etikası və digər sahələr haqqında biznesin real problemlərini əhatə edəcək.

Qeyd edək ki, "Təşəbbüskarlıq Seminarları" Layihəsi əsasında keçirilən seminarlarda arzu edən hər kəs iştirak edə bilir.