Türkiyəli tədqiqatçılar QUTechnoparkı ziyarət etdilər

Türkiyəli tədqiqatçılar QUTechnoparkı ziyarət etdilər

QU Texnopark elm və iş dünyasının bir-birindən dəyərli simaları olan qonaqları qəbul etməyə davam edir. Yanvar ayının 30-da universitetimizin rektoru Ahmet Saniç və qonaqlarımız Fatih Universiteti Tibb fakültəsi xəstəxanası professoru doktor Coşkun Şahin, həmçinin Mevlana universitet Xəstəxanası dosent doktor Okan İstanbulluoğlu Qafqaz Universiteti Texnoparkını ziyarət etdilər. Qonaqlarımız texnoparkda gələcəyin sahibkarları və tədqiqatçıları üçün yaradılmış şərait və ləvazimatlarla tanış oldular.