QUTechnopark "Firma rəhbəri və Zamanın İdarə Olunması" seminarını keçirdi

QUTechnopark "Firma rəhbəri və Zamanın İdarə Olunması" seminarını keçirdi

     Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.

     29 Noyabr 2014-cü il tarixində keçirilən seminar Türkiyədə və Azərbaycanda Duravit AG, Nurgun Holding, Caspian Express, Subaru Azerbaijan, Hyundai Azerbaijan, Avrora, Embawood, Çinici kimi firmalarada rəhbər vəzifələrdə işləmiş və bu firmalarda idarəetmə sistemlərini qurmuş, stratejik idarəetmə, Marketinq, Satış, İnsan Resursları idarəedilməsi mövzularında çoxsaylı təlim və seminarlar vermiş, təlimçi Fəxri Ağayevin təqdimatında "Firma rəhbəri və Zamanın İdarə Olunması" mövzusunda seminar təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.

     Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:

•Zamanın idarə olunmasının biznes üçün əhəmiyyəti
•Firma Rəhbərinin şəxsi effektivliyi
•Planlaşdırılma işin yarısıdır 
•Rəhbər mi, lider mi? Taktika mı, strategiya mı?
•Zamanı hardan tapaq? Gizli rezervlərimiz

     Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

     Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.