QUTechnopark "İSTEdad & İSTEdad" seminarını keçirdi

QUTechnopark "İSTEdad & İSTEdad" seminarını keçirdi

     Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.

     22 Noyabr 2014-cü il tarixində keçirilən seminar Ali zəkalı və bacarıqlı uşaqların təhsili üzrə ekspert Çağlar Çetinkayanın təqdimatında "İSTEdad və İSTEhsal" seminarı təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi. Seminar Paneldə maraqla qarşılandı və iştirakçıların müxtəlif sualları ilə xeyli uzandı.

Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:

  • Qabiliyyət və bacarıqlarımızdan xəbərıqmı?
  • Bacarıq və iş dünyası?
  • Qabiliyyət və bacarıqlarımızı necə istifadə edə bilərik?
  • Bu işə bax sən!

 

     
     
     

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.     Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.