QUTechnopark “İdeyanızı və İT şirkətinizi qorumaq üçün hüquqi mexanizmlər” mövzusunda seminar keçirdi

QUTechnopark “İdeyanızı və İT şirkətinizi qorumaq üçün hüquqi mexanizmlər” mövzusunda seminar keçirdi

QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq Seminarları" layihəsi əsasında növbəti seminar 12 Aprel 2014-cü il tarixində Remells Hüquq Şirkətinin partnyoru Rəşid Əliyevin təqdimatında “İdeyanızı və İT Şirkətinizi Qorumaq üçün Hüquqi Mexanizmlər” mövzusunda təşkil edildi.

Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı

  • Kompüter proqramlarına və digər əqli mülkiyyət obyektlərinə hüquqlar və onların qorunması mexanizmləri,
  • Elektron ticarət: mənim müqaviləm etibarlıdırmı
  • İT şirkətlərinin və xüsusən də Startapların üzləşdiyi bir sıra hüquqi məsələlər: şirkətlərin yaradılması, idarəçilik, əmək və vergi məsələləri. 

Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur. 

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.