“Startup Turkey 2014”-ün iştirakçıları ilə görüş keçirildi

“Startup Turkey 2014”-ün iştirakçıları ilə görüş keçirildi

Martın 1-də Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) dəstəyi ilə “Startup Turkey 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə Təşəbbüskar Gənclərin görüşü keçirildi.

Görüş zamanı proqram iştirakçılarına təəssüratlarını bölüşmələri üçün imkan yarandı, Paneldə müzakirələr aparıldı. Görüş maraqla qarşılandı və iştirakçıların müxtəlif sualları ilə xeyli uzandı.

Tədbirdə “QUTechnopark”ın təşkil etdiyi “Yeni Fikir Müsabiqəsi 2013” layihəsi əsasında 2013-cü ilin avqust ayında keçirilmiş Türkiyədə Texnopark Təcrübəsi Proqramı-nın iştirakçılarına sertifikatlar təqdim edildi.

Tədbirin sonunda isə görüş iştirakçıları “QUTechnopark”la tanış oldular.

Xatırladaq ki, “Startup Turkey 2014” 20-22 fevral tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmişdi.