QUTechnopark "Sahibkar düşüncəsinin əsasları" seminarını keçirdi

QUTechnopark "Sahibkar düşüncəsinin əsasları" seminarını keçirdi

Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.

14 dekabr 2013-cü il tarixində keçirilən seminar Şeraton Bakı Mehmanxanasında kadrlar şöbəsinin rəis müavini, təlimçi menecer, FORENS online təhsil şəbəkəsinin təsisçisi, Oratorica Bakı təlim şəbəkəsinin həmtəsisçisi Talıb Bayramovun təqdimatında "Sahibkar düşüncəsinin əsasları" mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.

Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:

-  Yaxın dairə nəzəriyyəsi       -  Həyat portreti
-  Boston matrisası                 -  Əbədi Xoşbəxtlik sindromu

Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.