Marketinq kinoya bənzər, mənim öz kinom

Marketinq kinoya bənzər, mənim öz kinom

QUTechnopark-ın təşkil etdiyi Təşəbbüskarlıq Seminarları silsiləsindən növbəti seminar 07 dekabr 2013-cü il tarixində iqtisadçı, Amerika Marketing Assosasiyasının üzvü, German Studio şirkətinin sahibi, Marketinq və Satışın idarə edilməsi sahəsində 10 ilə yaxın iş təcrübəsi, Azərbaycanda ilk Marketinq təlimlərinin (Marketinq AİR) və onlayn Marketinq telviziyasının (FMR TV) təsisçisi Dr. İlkin Manafovun təqdimatında "Marketinq kinoya bənzər, mənim öz kinom" adı ilə, keçirildi.

Seminar çox maraqlı olmaqla yanaşı, fərqli idi. Təqdimatçının məharətlə,  eləcə də sadəliklə təqdim etdiyi məqamlar sözün həqiqi mənasında fərqlilik ortaya çıxardı.

Seminardan bəzi məqamlar:

 
- Alma almaya bənzər, ancaq iki almadan biri tamamilə fəqrlidir, onu fərqli edən çəyirdəyinin olmamasıdır...
- Fərqlənmək... Məşədiİbadı digərlərindən fərqləndirən Onun təkbaşına çay içməsi...
- Müasir biznesdə Məşədiİbaddan oğrulanan məqamlar....
- Fərqlənmə nəzəriyyəsi...
- Marketinqdə ədalətlilik prinsipi çox önəmlidir,
- Marketinqdə ədalətsizlik işləyə bilməz,
- Müştəri ən güclü marketoloqdur,
- Ürəkli ol, ədalətli ol....
- Marketinqdə yalan uğursuzluq gətirir...
- Marketoloq özü-özünü motivə etməlidir, bu Marketoloqun öz işinə olan sevgisi ilə mümkün olacaqdır...
- İşləməyənlər, niyə işləmirsiniz?
- Biznesimizdə ən güclü problem ideyasızlıqdır,
- Müştəri ilə sahibkar arasında dəyər zəncirinin sağlamlaığı önəmlidir,
- Biznesi qadınlar idarə edir...
- Pozitiv düşüncə uğurun əsas elementlərindən biridir

Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.