Xəbərlər

"Gələcəyinizi müəyyən etmək üçün 3 əsas sual” seminarı May ayının 28-də QUTechnopark tərəfindən gənclər arasında innovasiya sahibkarlığını təşviq etmək məqsədi ilə həyata keçirilən “Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar Seymur Rəsulovun təqdimatında baş tutdu. İgiliscə olan seminar “Gələcəyinizi müəyyən etmək üçün 3 əsas sual" mövzusunda idi. Seymur bəy uğurlu olmaq üçün lazımi xüsusiyyətlərdən, missiyaya sahib olmağın önəmindən, uğur üçün yol xəritəsi müəyyən etməli olduğumuzdan, tez-tez "Mən haradayam?" sualını özümüzə verməli olduğumuzdan bəhs etdi. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında həyata keçirildi.Qeyd edək ki, Seymur Rəsulov EBSCO-nun regional meneceri, Noww platformasının həmtəsisçi və icraçı direktoru və ilk Azərbaycanlı TED spikeridir....

"Müasir rəqabətdə sağ qalmağın və böyüməyin yolları” seminarı May ayının 21-də QUTechnopark tərəfindən gənclər arasında innovasiya sahibkarlığını təşviq etmək məqsədi ilə həyata keçirilən “Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar Xəyal Məmmədxanlının təqdimatında baş tutdu.   Seminar “Müasir rəqabətdə sağ qalmağın və böyüməyin yolları” mövzusunda idi. Xəyal bəy dinləyicilərin diqqətini müasir biznesin yeni norma və qaydaları, korporariv idarəetmənin önəmi, yeni satış siyasəti, ictimaiyyətlə professional əlaqə qumağın əhəmiyyəti kimi məqamlara cəlb edərək mövzunu izah etdi. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında həyata keçirildi.Qeyd edək ki, Xəyal Məmmədxanlı ARK Business Solutions şirkətinin rəhbəri, biznes məsləhətçisi və təlimçidir....

İnnovasiya iqtisadiyyatı stimullaşdırılacaq Mütəxəssislər elmi innovasiya fəaliyyəti həyata keçirən müəssisə və təşkilatların stimullaşdırılması üçün müxtəlif variantlar olduğunu bildirirlər Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması təklif edilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ "Elm haqqında" qanun layihəsinin ikinci oxunuş üçün təkmilləşdirilmiş yeni variantına daxil edilib. Layihədə elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri də müəyyənləşdirilib. Layihəyə görə, milli innovasiya sisteminin formalaşdırılması və onun inkişafının strateji istiqamətlərinin müəyyən edilməsi, prioritetlər üzrə texnoloji inkişafa hədəflənən uzunmüddətli innovasiya proqramlarının hazırlanması və həyata keçirilməsi elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olacaq. Layihədə qeyd edilir ki, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri innovasiya...

“Yeni Fikir 2016” müsabiqəsində qaliblər bəlli oldu “Yeni Fikir 2016” müsabiqəsinin final proqramı Bakı Biznes Mərkəzində baş tutub. QU Texnopark tərəfindən təşkil olunan yarışa dövlət rəsmilərinin, iş dünyasının, mətbuat nümayəndələrinin marağı böyük idi. Qafqaz Universitetinin rektoru professor Ahmet Saniçin nitqi ilə açıq elan olunan tədbirin əvvəlində, İnvestisiyaların Təşviqi Agentlikləri Dünya Assosiasiyasının vitse-prezidenti Rüfət Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, YFM 2016-nın sponsoru və aparıcı tərəfdaşı Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərim, YFM 2016-nın tərəfdaşı Koç Sistem Azərbaycan şirkətinin nümayəndəsi "KoçSistem Azerbaycan" şirkəti Satış və Biznes şöbəsinin rəhbəri Fırat Sağlık, QU Texnoparkın direktoru, “Yeni Fikir” müsabiqəsi layihəsinin rəhbəri İsa Qasımov tədbirin cəmiyyətimiz üçün faydasından danışıb və iştirakçılara uğurlar arzulayıblar. Daha sonra, finala vəsiqə qazanmış startap komandaları layihlərini təqdim edib.&nb...

“Azərbaycanda vergi sistemi və iqtisadi inkişaf” seminarı   May ayının 12-də QU Texnopark tərəfindən təşkil olunan “Təşəbbüskarlıq seminarları” çərçivəsində növbəti görüş həyata keçirildi. Seminarda Azərbaycan Respublikası Vergilər Nazirinin müşaviri professor Akif Musayev iştirakçılarla “Azərbaycanda vergi sistemi və iqtisadi inkişaf” sualı ətrafında müzakirələr apardı. Akif bəy dövlətimizdə vergi sisteminin spesifik xüsusiyyətləri, gündəlik həyatda iqtisadi həllər, iqtisadi inkişafa aparan amillər, iqtisadiyyatın uğurlu gələcəyi hazırki nəsillərdən nə tələb edir kimi məsələlərə toxundu. Seminar əsnasında spiker iştirakçıların suallarını cavablandıraraq onların vergi və iqtisadiyyatın qarşılıqlı əlaqəsi mövzusu barədə daha əhatəli düşünməsinə şərait yaratdı.        ...

“4-cü Qafqaz Biznes Forumu” May ayının 12-də Qafqaz Universitetində “4-cü Qafqaz Biznes Forumu” keçirildi. “Azərbaycanda texnoloji sahibkarlığın gələcəyi” mövzusuna həsr olunan forum universitetin rektoru Ahmet Saniç və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Kim Chang-gyu'nun açılış nitqləri ilə başladı. Qafqaz Universiteti Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin təşkil etdiyi foruma Qafqaz Universiteti Texnoparkı, Yüksək Texnologiyalar Parkı, Baku Business Factory, Barama Azercell, Next Step İnnovasiya Mərkəzi, Applab Bakcell kimi ölkənin innovasiya üzrə aparıcı müəssisələri qatılmışdır. Qeyd edək ki, forumda QU Texnopark Layihələrin Inkişafı və Texnoloji Transfer şöbəsinin rəhbəri Zəfər Həsənov “Azərbaycanda akseleratorlar və inkubatorlar üçün strategiyaların irəli sürülməsi” və “Startap ekosistemi üçün Azərbaycan universitetlərinin öhdəlikləri” mövzularında maraqlı çıxış ...

“Yeni fikir” müsabiqəsinin qalibləri mükafatlandırılıblar Bakı, 30 aprel,   Aprelin 30-da Bakı Biznes Mərkəzində Qafqaz Universitetinin Texnoparkının təşkilatçılığı ilə “Yeni fikir” müsabiqəsinin final mərhələsi keçirilib.  xəbər verir ki, universitetin rektoru, professor Əhməd Saniç müsabiqənin təşkilinin mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikası, səhiyyə üçün informasiya texnologiyaları sahələrində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıdığını bildirib. Qeyd edilib ki, layihə, həmçinin innovativ sahibkarlığın inkişafına dəstək verir, kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Müsabiqəyə qatılmaq üçün 211 layihə qeydiyyatdan keçib. Onlardan 30-u yarımfinala vəsiqə qazanıb, 13 layihə final mərhələsində yarışır. Hər bir layihənin təqdimatı üçün on dəqiqə vaxt ayrılıb. Müəlli...

Yeni Fikir 2016 – nın final mərhələsi keçirilib Yeni Fikir 2016 Müsabiqəsinin final proqramı Bakı Biznes Mərkəzində baş tutdu. QU Texnopark tərəfindən təşkil olunan yarışa dövlət rəsmilərinin, iş dünyasının, mətbuat nümayəndələrinin marağı böyük idi. Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bəyin nitqi ilə açıq elan olunan tədbirin əvvəlində, İnvestisiyaların Təşviqi Agentlikləri Dünya Assosiasiyasının vitse-prezidenti Rüfət Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, YFM 2016-nın sponsoru və aparıcı tərəfdaşı Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərim, YFM 2016-nın tərəfdaşı Koç Sistem Azərbaycan şirkətinin nümayəndəsi "KoçSistem Azerbaycan" şirkəti Satış və Biznes şöbəsinin rəhbəri Fırat Sağlık, QU Texnoparkın direktoru, Yeni Fikir Müsabiqəsi Layihəsinin rəhbəri İsa Qasımov çıxış edərək tədbirin cəmiyyətimiz üçün faydasından danışdı və iştirakçılara uğurlar arzuladılar. Daha sonra, finala vəsiqə qazanmış startap...

Yeni Fikir 2016-nın qalib startapları açıqlandı Məlumat verdiyimiz kimi, bu gün Bakı Biznes Mərkəzində Yeni Fikir 2016 müsabiqəsinin final mərhələsi keçirilib. Xeberler.az-ın məlumatına görə, tədbirdə finala seçilmiş münsiflər qarşısında təqdimat edib. Yeni Fikir 2016-da 1-ci yeri layihəsi qazanıb. Qeyd edək ki, layihənin rəhbəri  layihəsindən tanıdığımız Orxan Əhmədovdur. Komanda isə startapçı,  və Nicat Əsədov, Tural Mehdiyev, Ziyəddin Ovçiyevdən ibarətdir.   2-ci yerə isə  layiq görülüb. Layihənin rəhbəri Murad Ələkbərovdur. 3-cü yerə MiniLab (Rəşid Əliyev) 4-cü yerə  (Fidan Rüstəmova) 5-ci yerə  (layihə rəhbəri Seymur Həşimov) komandası seçilib. Qalib layihələrin iştirakçıları 5 min Avro, Almaniya və Türkiyə Texnoparklarında 15 günlük təlimlər və Sup.az və QUTechnopark İnkubasiya mərkəzlərində 1 illik pulsuz istifadə imkanları əldə edib. Qafqaz Universiteti texnoparkı (QUtexnopark)  innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə hər ilm...

“Yeni fikir” müsabiqəsinin final mərhələsi keçirilib Bakı Biznes Mərkəzində Qafqaz Universitetinin Texnoparkının təşkilatçılığı ilə “Yeni fikir” müsabiqəsinin final mərhələsi keçirilib. Universitetin rektoru Ahmet Saniç dedi ki, bu müsabiqə “QUTechnopark”ın təşkil etdiyi ən böyük layihələrdən biridir.Yeni Fikir Müsabiqəsi innovativ sahibkarlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da elmi tədqiqatlarda, eləcə də intellektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Müsabiqə  təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər. Digər çıxışlarda da qeyd olundu ki,layihə yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlərə başlanğıc ideyası, mobil proqramlar, internet, proqram təminatı...

“Yeni fikir” müsabiqəsinin qalibləri mükafatlandırılıblar Aprelin 30-da Bakı Biznes Mərkəzində Qafqaz Universitetinin Texnoparkının təşkilatçılığı ilə “Yeni fikir” müsabiqəsinin final mərhələsi keçirilib. AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Əhməd Saniç müsabiqənin təşkilinin mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikası, səhiyyə üçün informasiya texnologiyaları sahələrində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıdığını bildirib. Qeyd edilib ki, layihə, həmçinin innovativ sahibkarlığın inkişafına dəstək verir, kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Müsabiqəyə qatılmaq üçün 211 layihə qeydiyyatdan keçib. Onlardan 30-u yarımfinala vəsiqə qazanıb, 13 layihə final mərhələsində yarışır. Hər bir layihənin təqdimatı üçün on dəqiqə vaxt ayrılıb. Müəlliflər beş dəqiqə ərzind...

“Yeni Fikir 2016 Müsabiqəsi”nin final proqramı keçirilib Bakı Biznes Mərkəzində Qafqaz Universitetinin innovativ sahibkarlığın formalaşması istiqamətində təşkil etdiyi “Yeni Fikir 2016 Müsabiqəsi”nin (YFM) final proqramının mükafatlandırma mərasimi keçirilib. Qafqaz Universitetinin nəzdindəki Texnoparkda (QUTechnopark) “Yeni Fikir 2016 Müsabiqəsi”nin keçirilməsinin əsas məqsədi innovativ sahibkarlığı dəstəkləmək, “QUTechnopark”da yüksək texnologiyaların inkişafı üçün önəmli olan innovativ mühitin formalaşdırılmasına zəmin hazırlamaq, ölkənin dayanıqlı sosial iqtisadi inkişafına dəstək vermək, İKT-nin inkişafına yardım etmək, kreativ və təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək olmaq, onların innovativ ideyalarını inkişaf etdirmək, həmçinin təşəbbüskar gənclərlə iş dünyası, eləcə də investorlar arasında real körpü rolunu oynamaqdan ibarətdir. YFM “QUTechnopark”ın təşkilatçılığı ilə yanaşı, “Khazar Ventures”, “Sup.az” və “KOÇ Sistem Azər...

Yeni Fikir 2016 Müsabiqəsinin qalibləri elan olundu‬ Yeni Fikir 2016 Müsabiqəsinin final proqramı 30 Aprel 2016-cı ildə Bakı Biznes Mərkəzində baş tutdu. QU Texnopark tərəfindən təşkil olunan yarışa dövlət rəsmilərinin, iş dünyasının, mətbuat nümayəndələrinin marağı böyük idi. Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bəyin nitqi ilə açıq elan olunan tədbirin əvvəlində, İnvestisiyaların Təşviqi Agentlikləri Dünya Assosiasiyasının vitse-prezidenti Rüfət Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, YFM 2016-nın sponsoru və aparıcı tərəfdaşı Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərim, YFM 2016-nın tərəfdaşı Koç Sistem Azərbaycan şirkətinin nümayəndəsi "KoçSistem Azerbaycan" şirkəti Satış və Biznes şöbəsinin rəhbəri Fırat Sağlık, QU Texnoparkın direktoru, Yeni Fikir Müsabiqəsi Layihəsinin rəhbəri İsa Qasımov çıxış edərək tədbirin cəmiyyətimiz üçün faydasından danışdı və iştirakçılara uğurlar arzuladılar. Daha sonra, finala vəsiqə qazanmış startap komandaları layih...

“İnamla danış! Uğurlu çıxışın üç sirri” adlı seminar keçirildi Aprel ayının 23-də, QUTechnopark tərəfindən, gənclər arasında innovasiya sahibkarlığını təşviq etmək məqsədi ilə, həyata keçirilən “Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar Rəşad Bayramovun təqdimatın baş tutdu.   Seminar “İnamla danış! Uğurlu çıxışın üç sirri” mövzusunda idi. Rəşad bəy dinləyicilərin diqqətini çıxış zamanı həyəcanı necə cilovlamaq olar, auditoriya ilə dialoqu necə qurmaq olar, əhvalat danışmaq nitqinizə hansı dəyəri gətirir kimi məqamlara cəlb edərək mövzunu izah etdi. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında həyata keçirildi.         Qeyd edək ki, Rəşad bayramov ABŞ-ın Roçester Texnologiya İnstitutunun məzunu, eləcə də Kommunikasiya və auditoriya qarşısında çıxışlar üzrə ekspert-məşqçidir....

Sahibkarı təhsil müəssisələri ilə əməkdaşlığa vadar edən könüllülük prinsipləri Sahibkar onun gələcək kadrlarını formalaşdıran təhsil müəssisələri ilə sıx əməkdaşlıq etməkdə maraqlı olmalıdırLayihə çərçivəsində biliklər iqtisadiyyatı ilə bağlı daha bir yazımızı təqdim edirik. Belə ki, kiçik və orta sahibkarlığın elm və təhsil müstəvisində inkişafı hazırda olduqca böyük önəm kəsb edir. Ümumiyyətlə, kiçik və orta sahibkarların sayının çox, eləcə də güclü olduğu ölkələr dünyada rəqabətə dayanıqlılığı və güclü iqtisadiyyatı ilə seçilirlər. Qafqaz Universiteti Texnoparkının rəhbəri İsa Qasımov bizimlə söhbətində bildirdi ki, kiçik və orta sahibkarlar böyük həcmli vergi ödəyiciləri olmasa da, cəmiyyətdə işsizliyin azaldılması, daxili bazarın güclənməsi, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, qlobal böhran problemlərində ölkədaxili dayanıqlılığın təmin edilməsi və sair kimi əhəmiyyətli proseslərdə mühüm rola malikdir. Ona görə də inkişaf etmiş, həmçinin inkişaf etməkdə olan ölkələrdə ki&cc...

İş dünyasının verdiyi təcrübə başqadır İsa Qasımovun sözlərinə görə, kadr hazırlığına fikir verməsək, onlar əmək bazarına çıxanda bəyənilməyəcək və təzədən özlərini formalaşdırmağa çalışacaqlarDünya təcrübəsində universitetlər hazırladıqları kadrların iş dünyasının tələblərinə uyğun olması üçün bir çox üsullardan istifadə edirlər. Onlardan biri və daha çox inkişaf edəni universitet daxilində texnopark yanaşmasıdır. Azərbaycanda ilk olaraq universitet daxilində texnopark Qafqaz Universitetində (QUTechnopark) yaradılıb. Artıq bir neçə ildir fəaliyyət göstərən texnoparkın fəaliyyəti, bu müddətdə əldə etdiyi nailiyyətlər, tələbə üçün üstünlükləri, iş dünyası üçün əhəmiyyəti və s. suallar ətrafında QUTechnoparkın direktoru İsa Qasımovla söhbətləşdik.- İlk olaraq texnoparkın yaradılmasından danışaq.- Universitetdə texnopark yanaşmasını 2012-ci ilin yay aylarında düşünməyə başlamışıq. Sentyabr ayında isə bir heyət quruldu və bu işdə beynəlxalq təcrübəni ar...

"Rainpath" şirkətinin prezidenti QU Texnoparkda   Aprel ayının 11-də QU Texnopark tərəfindən həyata keçirilən "Təşəbbüskarlıq seminarları" silsiləsindən növbəti təlim baş tutdu. Seminar ABŞ-ın “Rainpath” şirkətinin prezident və təsisçisi Bill Finneqan tərəfindən keçirildi. Cənab Finneqan "Strategiya və sahibkarlıq planlaşdırması" adlı görüş əsnasında sahibkarlığa başlamaq üçün səbəblər, özünü analiz etməyin önəmi, biznes ideyası tərkib hissələri, biznes planın nə dərəcədə əhəmiyyətli olması, markanın biznes mahiyyəti, netvorkinq, müştəri və işçilərin gözləntiləri, mentorun rolu, qarşıya çıxan çətinliklər məsələlərinə toxundu. Görüşün sonunda QU Texnopark, həmçinin universitetimizin tələbə-müəllim heyəti və digər qonaqlar spikerə öz suallarını ünvanladı....

“İş dünyası bizdən nə gözləyir?” seminarı   Aprel ayının 6-da QU Texnopark tərəfindən təşkil olunan “Təşəbbüskarlıq seminarları” çərçivəsində növbəti görüş həyata keçirildi. Seminarda Woodpecker şirkətinin təsisçisi və baş icraçı direktoru Əliyar Əliyev iştirakçılarla “İş dünyası bizdən nə gözləyir?” sualı ətrafında müzakirələr apardı. Əliyar bəy bir liderin spesifik xüsusiyyətləri, İnnovasiyaların əhəmiyyəti, gənclərdə startap yanaşmasının artırılması, iş dünyası gənc kadrlardan nə gözləyir, iş dünyasının təhsil müəssisəlırindən gözləntiləri, missiya niyə önəmlidir kimi məsələlərə toxundu. Seminar əsnasında spiker iştirakçıların suallarını cavablandıraraq onların sahibkarlıq mövzusu barədə daha əhatəli düşünməsinə şərait yaratdı. Əsmər Həşimli...

Turqut Özal Universiteti Keyfiyyətin təminatı üzrə direktoru QU Texnoparkda   Aprel ayının 4-də Turqut Özal Universiteti Keyfiyyətin təminatı üzrə direktoru İlyas Ülgür bəy ”Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar verdi.  QU Texnoparkın təşkil ediyi seminar “Avropa birliyi təhsil və araşdırma layihələri, keyfiyyətin təminatı və təhsil nailiyyətləri” mövzusunda idi. Ülgür bəy semihnarda Erasmus+ proqramı, universitetlər üçün standart veb səhifə, beynəlxalq universitetin xüsusiyyətləri, dərs metodikaları, boloniya sistemi kimi mövzulara toxundu. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında da həyata keçirildi. Əsmər Həşimli...

Yeni Fikir 2016 Müsabiqəsində yarımfinalçılar elan olundu 211 layihənin qeydiyyatdan keçdiyi Yeni Fikir 2016 Müsabiqəsində (YFM) 30 layihə yarımfinala vəsiqə qazanıb. YFM 2016 əsasında yarımfinal mərhələsi 09 Aprel 2016-cı il tarixində "Sup.az"ın ofisində (Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 153)  keçiriləcək. Yarımfinala vəsiqə qazanmış layihələrin siyahısı və bu mərhələdə tətbiq olunacaq qaydalar haqqında geniş informasiyanı aşağıdakı ünvandan istifadə edərək əldə edə bilərsiniz.  Qeyd edək ki, 240-dan çox müraciətin daxil olduğu YFM 2016 əsasında 211 layihə (iş fikri) qedyiyyatı təsdiqlənmişdi. Qediyyatdan keçən layihələr veb səhifədə  yerləşdirilib. İlkin qiymətləndirmə prosesində əsas qiymətləndirmə meyarları kimi layihədə irəli sürülən iddianın innovasiyası; ortaya çıxarılacaq məhsul və ya xidmətin bazar imkanları; komandanın potensialı nəzərə alınır.  Komandanın potensialı: Layihəni həyata keçirməyə iddialı olan komandanın bilik, bacarıq və layihənin istiqamətləri üzrə təcrübələri, eləcə də ortaqlıq yanaşmaların...